- Baxış sayı: 20
- 04 Fevral 2026 21:46
- Baxış sayı: 120
- Fevral 04, 2026
- 0

“Liverpul”un hücumçusu Darvin Nunez, Uruqvay millisində qarşıdakı oyunlarda oynamayacaq.
Allsport.az xəbər verir ki, 24 yaşlı forvard İngiltərə kubokunda “Mançester Yunayted”lə matçdan (3:4) sonra budunda narahatlıq hiss edib.
Nunez millinin baş məşqçisi Marselo Bielsa ilə danışıb və onlar birlikdə futbolçunu heyətdən uzaqlaşdırmaq qərarına gəliblər.