- Baxış sayı: 155
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qız ağıqlıqqaldıranların Avropa birinciliyinə start verilib.
Yarışda 40-a yaxın ölkədən 416 idmançı (196 qız və 220 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Millimizdən körpücük üzərinə ilk olaraq Nuray Əbilova çıxıb.
O, yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində mübarizə aparıb. Nuray toplam 89 kq (40+49) nəticə göstərib və 8-ci yeri tutub.