- Baxış sayı: 23
- 14 Dekabr 2025 11:20
- Baxış sayı: 655
- Dekabr 12, 2025
- 0
Ukrayna premyer liqasında 16-cı turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” doğma meydanda “Veres Rivne” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
“Kolos” 16 turdan sonra 18 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.