- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev klubunu dəyişmək qərarına gəlib. Allsport.az xəbər verir ki, komandanın Premyer Liqanı tərk etməsi kapitan Nuriyevlə yanaşı, bir neçə futbolçunun komandadan ayrılmaq fikrinə düşməsinə səbəb olub.
Nuriyev ötən ay klubu ilə müqaviləsini 2022-ci ilin iyununa qədər uzadıb. Ancaq onun müqaviləsində belə bir bənd var ki, klub elitanı tərk etsə, mövsümün sonunda azad agent statusu ala və “Mina”yı tərk edə bilər.
24 yaşlı hücumçu ilə Ukraynanın digər klubu “Kolos” maraqlanır. Vasilkov təmsilçisi avrokuboklar öncəsi hücum xəttini gücləndirmək istəyir.
Azərbaycan millisinin üzvü bu mövsüm premyer liqada keçirdiyi 24 oyunda 10 qol vurub.