- Baxış sayı: 9
- 25 Noyabr 2024 11:53
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Zirə”nin “Bakı” ilə yoxlama oyununda (4:0) Premyer Liqanın debütantının hücumçusu Nurlan Novruzov zədələnərək meydanı tərk etmişdi. Allspor.az xəbər verir ki, son iki gündə bununla bağlı mətbuatda bir çox xəbərlər yer alıb.
“Zirə” Peşəkar Futbol Klubu bəyanat yayıb ki, ictimaiyyətə dəqiq məlumat vermək üçün futbolçunun müayinədən tam keçməsi gözlənilib. Ötən gün Nurlanın ayağında şiş çox olduğuna görə həkimlər konkret söz deyə bilməmişdi. Bu gün isə Novruzov MRT müayinəsindən keçib və topuq bağında yırtıq aşkarlanıb. Hücumçunun ayağının sınması ilə bağlı məlumatlar isə həqiqəti əks etdirmir. Həkimlər Nurlan Novruzovun təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib.