- Baxış sayı: 23
- 01 Fevral 2026 12:52
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib. Allsport.az xəbər verir ki, mütəxəssis “Qarabağ”la üz-üzə gələcək “Nyukasl” barədə fikrini bildirib:
“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” əsas mərhələnin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıblar. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə premyer liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir.
Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə premyer liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür.
“Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma o bu mərhələdə digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.