NZS Robert Prosineçkiyə deyil, yerli mütəxəssisə üstünlük verdi
5 dekabr 2017 / 12:12 Baxış sayı: 1402 Sloveniya millisində yeni baş məşqçinin adına rəsmən aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın keçmiş çalışdırıcısı Robert Prosineçkinin də talib olduğu bu vəzifəyə yerli mütəxəssis gətirilib.
Sloveniya Futbol İttifaqının qərarına əsasən, komanda Tomaj Kavçiçə tapşırılıb. 64 yaşlı mütəxəssislə AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər müqavilə imzalanıb.