“O, əsl kapitandır”

“Napoli”nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya millidə kimin ona nümunə olduğunu deyib.

Allsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, gürcü futbolçu Quram Kaşiyanın onlara nümunə olduğunu bildirib:

“Komandamızda təcrübəli və gənc oyunçuların yaxşı qarışığı var və biz çox həmrəyik. Hər kəslə mübarizə apara bilən böyük bir komanda olduq. Quram Kaşiya hamımız üçün yaxşı nümunədir. O, bizdən daha təcrübəli və yaşlıdır, lakin hər gün məşq etməyə davam edir. O, əsl kapitandır və biz ona yalnız təşəkkür edə bilərik”.

Həmin kateqoriyadan