“O, dünyanın ən yaxşısıdır”

İspaniya millisinin yarımmüdafiəçisi Dani Karvaxal bu yay onun “Real”da komanda yoldaşı olmuş fransalı hücumçu Kilian Mbappe haqqında danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “RMC sport”a açıqlama verib:

“Mən nə deyə bilərəm? O, dünyanın ən yaxşısıdır. Ən yaxşısı ən yaxşı komandada oynamalıdır. İndi ümid edirəm ki, o, Avro-da uğursuz olacaq və avqust ayından etibarən özünün daha yaxşı versiyası olacaq.

Ona qarşı oynayanda əziyyət çəkdim, çox əziyyət çəkdim. O, indiyə qədər qarşılaşdığım ən çətin rəqiblərdən biridir. Sürət baxımından, texnika baxımından, güc baxımından”.

Həmin kateqoriyadan