- Baxış sayı: 16
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Türkiyə millisinin və “Real” klubunun hücumçusu Arda Gülər qitə çempionatında yadda qalan anları bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, qrup mərhələsində Portuqaliya ilə görüşdən (0:3) sonra bir məqamın həyatında xüsusi yer tutduğunu deyib:
“Portuqaliya ilə oyunumuz bitəndə Ronaldunun köynəyini almaq istədim, amma bu cür istəklər etməyə öyrəşmədiyim üçün bir az utandım. Joau Feliksi çoxdan tanıyıram, ona görə də ondan gedib Kriştianunun formasını mənim üçün almasını xahiş etdim.
10 dəqiqədən sonra Feliks Ronaldu ilə soyunub-geyinmə otağımıza gəldi. Onun özünün gəlməsi hamını təəccübləndirdi. O, “Əssəlamu əleykum” dedi və köynəyini mənə verdi. Əvvəlcə başa düşmədim, sonra anladım ki, Kristianu hər kəsi xoşbəxt etməyi xoşlayır, hətta onları tanımasa da.
İnanıram ki, bu an mənim yaddaşımda əbədi qalacaq. Tarixin ən yaxşı oyunçusu sənin yanına gəlib öz formasını verəndə, bu, heyrətamizdir”.