- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Niderlandlı yarımmüdafiəçi Məhəmmed İhattaren Avropada ən çox danışılan istedadlardan biridir. Amma o, ən çox meydandan kənarda nəzərə çarpır. Onun qanun və nizam-intizamla bağlı problemləri var.
Allsport.az xəbər verir ki, İhattarenin cəmi 21 yaşı var, amma onun artıq bir çox hekayəsi var. Oğlan PSV-nin yetirməsidi 2021-ci ilin yayında “Juventus” onu kəşf etdi və 2 milyon avroya götürdü. Qiymət çox aşağı görünürdü, çünki tez-tez Niderland millisinə çağırılırdı. Bundan başqa gəncin nizam-intizamla bağlı problemləri də var idi. PSV bunlara dözə bilməyib və onu bazadan uzaqlaşdırıb. Həmçinin Məhəmməd sponsorların tədbirlərinə getmir, məşqdə mübahisələr edir, oyun tapşırıqlarını yerinə yetirmir və qidalanmasına fikir vermirdi.
Dünya kuboku öncəsi Vesli Snayder yeniyetmənin yenidən forma qazanmasına kömək etməyə hazır olduğunu desə də, İhattarenin bütün diqqətini futbola yönəldə bilmədiyini izah etdi. Bu, onun atasının ölümü ilə əlaqəli idi. Niderqqland mətbuatı Məhəmmədin atasının ölümündən sonra çox dəyişdiyini yazıb.
Niderlandda futbolçunun mütəşəkkil cinayətkarlıqla əlaqəsi barədə söz-söhbətlər yayılıb. Bu səbəbdən İhattaren avtomobilini itirib. Onun təxminən 180 min avro dəyərində olan Porşe Panamera avtomobili Utrekstdə yandırılıb. Oyunçunun kriminal aləmin nümayəndələri ilə münaqişəsi olub. Hollandiyalı müstəntiqlər tanınmış cinayətkarları İhattaren və ailəsinin yaxınlığında görüblər. Sonra onun avtomobilinə də baxış keçiriblər.
Futbolçu, yəqin ki, məşhur tiktoker Yasmin ilə əlaqələri olduğuna görə təhdid edilib. Qızın ailəsi bu münasibətə qarşı olsa da, onlar 2022-ci ilin sonunda evləndilər.
Qız tez-tez sosial şəbəkələrdə öz sevgilərini nümayiş etdirsə də, münasibətləri tez bitib. Və 2023-cü ilin fevralında futbolçu polisə çağırıldı – üç ayda ikinci dəfə. Noyabr ayında İhattaren tiktokeri təhdid etdiyinə görə həbs olundu. O, Yasminə hücum etməkdə şübhəli bilinirdi.