- Baxış sayı: 63
- 27 Fevral 2026 23:50
- Baxış sayı: 56
- Mart 02, 2026
- 0

Məşhur idman aparıcısı Diletta Leotta ikinci övladına hamiləliyinin 28-ci həftəsini yaşayır.
Allsport.az xəbər verir ki, yanvarda keçirilən “cinsiyyət müəyyənləşdirmə” mərasimində məlum olduğu kimi, aparıcı və futbolçu həyat yoldaşı Loris Karius bu dəfə oğlan övladı gözləyirlər.
Hamiləliyinin son aylarında olmasına baxmayaraq, Diletta aktiv məşqlərinə ara vermir. O, yaxın rəfiqəsi, olimpiya mükafatçısı Rossella Fiaminqo ilə birlikdə idman edərək formasını qoruyur. Artıq Aria adlı bir qızı olan Leotta, həm televiziya, həm də radio fəaliyyətini hamiləlik dövründə də uğurla davam etdirir.

