Odlar yurduna hansı komandalar gəlir?

Bu gün AÇ-2020-nin final mərhələsinin püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan tədbirdə 24 milli komanda 4 səbətə bölünüb. Qitə birinciliyinə seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə 4-cü səbətdə yer alıblar.

“A” qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
“B” qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
“C” qrupu: Niderland, Ukrayna, Avstriya, “D” liqasının qalibi
“D” qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, “C” liqasının qalibi, Çexiya
“E” qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, “B” liqasının qalibi
“F” qrupu: “A” liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Əvvəldən məlum olduğu kimi, “A” qrupunun oyunlarına Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək. İyunun 13-də Uels – İsveçrə, 17-də Türkiyə – Uels, 21-də isə İsveçrə – Türkiyə matçları Bakı olimpiya stadionunda təşkil olunacaq. Turnirin açılış oyunu olan İtaliya – Türkiyə matçı isə iyunun 12-də Romada oynanılacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Həmin kateqoriyadan