- Baxış sayı: 23
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 80
- Dekabr 05, 2025
- 0
“Xəzər Lənkəran” klubunun çalışdırıcısı Oğuz Çətin, Türkiyənin qalmaqalları ilə tanınan mütəxəssisi Yılmaz Vuralın milli komandamızın baş məşqçi postuna namizəd olması haqda yayılan xəbərlərə münasibət bildirib. Allsport.az saytı futbolxeber.az-a istinadən məlumat verir ki, o, açıqlamasında həmyerlisinin şəninə tərif deyib:
“Yılmaz Vural çox savadlı, dəyərli məşqçidir. Bu təyinat reallaşarsa, onun Azərbaycan millisinə böyük xeyri dəyər. Biz eyni millətin nümayəndəsiyik, eyni mədəniyyətə sahibik. Yılmaz Vural məşqçi kimi 30 illik təcrübəyə sahibdir. O Türkiyənin ən təcrübəli məşqçilərindəndir. Milli komandanı çalışdırmasa da, xeyli klubda fəaliyyət göstərib. Onun fəaliyyəti Azərbaycan yığmasında yalnız fayda verə bilər”.