Ola Kaleniüs: İqlim dəyişikliyi “Mersedes”in çempionatda iştirakının əsas səbəblərindən biridir

“Mersedes” avtoidmanda uzunmüddətli iştirakını təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, 8-qat mühəndislər kubokunun qalibi, “Daymler”in ana şirkətinin rəhbəri Toto Volf və britaniyalı milyarder Cim Retklifin kimya şirkəti “İneos”a məxsusdur. Komandanın hazırda çətinliklər içində olmasına baxmayaraq, uzunmüddətli perspektivdə yarışmağa niyyətlidir. Avtomobil sammitinin gələcəyi forumunda Almaniya şirkətinin rəhbəri Ola Kaleniüs fikrini bildirib:

“İqlim dəyişikliyi “Mersedes”in çempionatda iştirakının əsas səbəblərindən biridir. Biz karbonsuzlaşma ideyasında Formula-1 ilə tam həmrəyik. Mühərriklərlə bağlı növbəti tənzimləmədə hibrid hissə daha böyük rol oynayacaq. Daxili yanma mühərriki qalsa da, yanacağın inkişafı üçün laboratoriyaya çevriləcək. Beləliklə ,avtomobil və aviasiya sənayəsi üçün vacib olan yanma zamanı (CO2) karbon qazı tullantısının qarşısını alacaq.

Yarışları batareya gücü ilə keçirə biləcəyiniz mərhələyə hələ çatmamışıq. Formula-1 yarışları daimi şou göstərməlidir, ona görə də , karbonsuzlaşma mərhələsinə doğru addımlamaq çox vacibdir . Batareya texnologiyası hazırda mükəmməl vəziyyətdə deyil . Lakin karbon qazı olmadan davam etsək və hibrid hissəyə daha çox diqqət ayırsaq , Formula -1 öz aktuallığını qoruyub saxlayacaq.

Komanda olaraq bu səbəbdən üzünmüddətlı yarışmağı düşünürük. Şübhəsiz ki, “Netfliks”də yayımlanan “Sağ qalmaq üçün sürmək” (“Drive to Survive“) seriyalı reytinqı ilə böyük rol oynadı. Bu şounun bir hissəsi olmaqdan, eyni zamanda texnologiya və marketinqı inkişaf etdirmək üçün Formula-1 yarışlarından istifadə etməkdən şanslıyıq. Düşünürəm ki, Formula 1-in parlaq gələcəyi var”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan