- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, premyer liqanın 16-cı turunda “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, görüşün çox gərgin keçdiyini bildirib:
“Olduqca vacib qələbə qazandıq. Komandamın çıxışı xoşuma gəldi. Bəlkə də çempionatın ən əzmkar komandasına qarşı oynadıq. Matçın ilk hissəsi meydanın mərkəzində keçdi. 2-ci yarı isə bizim üçün daha yaxşı alındı.
Meydanda mübarizə aparan bütün futbolçular qəhramandır. Hamısının qələbədə rolu var. Hamidu Keyta tam hazır deyil. Buna baxmayaraq, xarakter göstərir, sonadək mübarizə aparır. Bu, məni sevindirməyə bilməz”.