- Baxış sayı: 1
- 06 Fevral 2026 13:35
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində səfərdə qarşılaşacaqları “Qəbələ” ilə oyun barədə fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Bu oyun bizim üçün vacibdir. İlin həlledici matçıdır. Qrupda neçənci yeri tutmağımızın bu oyundan asılı olduğunu yaxşı başa düşürük. Hər şeyin yaxşı olacağına və bunun psixoloji cəhətdən komandamıza yaxşı təsir edəcəyinə ümid edirəm”.