- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qrup birincisi olmağa şanslarımız var. Təbii ki, bunun öz üstünlüyü var. Eyni zamanda, bu ili uğurla başa vurmaq niyyətindəyik. Buna görə də qələbə bizim üçün əhəmiyyət daşıyır”. Allsport.az saytının məlumatına görə, bu sözü UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qəbələ” – “Krasnodar” oyunundan əvvəl təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Oleq Kononov deyib.
Mütəxəssis bildirib ki, komandası sabah meydana əsas heyətlə çıxacaq. Amma bəzi zədəli oyunçularımız var ki, Bakıya gəlməyiblər. İstisna olanlardan başqa, bütün əsas futbolçularımız “Qəbələ”yə qarşı forma geyəcək.
“Qəbələ”nin PAOK ilə oyununu izləmişəm. Bundan başqa, daxili çempionatda 1:0 hesabı ilə qalib gəldikləri matça da baxmışam. Deməzdim ki, heyətdə çox dəyişiklik var. Bir daha təkrar edirəm ki, bizi çox ciddi oyun gözləyir”, – deyə “Krasnodar”ın çalışdırıcısı bildirib.
Sözügedən qarşılaşma dekabrın 10-da saat 22:00-da “Bakcell Arena”da başlayacaq.