- Baxış sayı: 19
- 30 Mart 2026 13:21
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Avropa liqasının “G” qrupunda Yunanıstanda keçiriləcək “Olimpiakos” və “Qarabağ” arasında 3-cü tur oyunu 1-dəqiqəlik sükutla başlayacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə UEFA qərar verib.
İndoneziya çempionatının 11-ci turunda “Arema” – “Persebaya” oyununda iğtişaşlardan sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
Bu, həmçinin çempionlar, Avropa və konfrans liqaları və qadınlar arasında dünya çempionatının pley-ofuna da şamil ediləcək.
Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.