- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Olimpiya çempionu Toğrul Əsgərovun Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə həsr edilən Kiyev turnirinə qatılmamasının səbəbi müəyyənləşib. Allsport.az xəbər verir ki, 74 kq-da çıxış edən bahadırı zədə ilə əlaqədar yarışdan kənarda qalıb.
O, məşqdə zədələndiyindən, Mahaçqala toplanışını da buraxmalı olub. Hazırda məşqsiz qalan və zədəsini bərpa etməyə çalışan təcrübəli güləşçi Kiyevdə 79 kq çəki dərəcəsində çıxış etməyi planlaşdırıb. Lakin zədəsinin sağalmaması, onu yarışdan kənarda qoyub.
Yığmanın kapitanı 97 kq-da mübarizə aparan Şərif Şərifov isə 4 – 7 martda İtaliyadakı turnirə qatılacağı üçün Kiyevə yollanmayıb. Azərbaycanın ən titullu qadın güləşçisi və Tokio olimpiadasına lisenziya qazanan Mariya Stadnik isə özünü 19-25 apreldə Polşanın paytaxtı Varşavada Avropa çempionatına saxlayıb (report).