Olimpiya güləş mərkəzində “Narkotiksiz dünya naminə” adlı tədbir

Olimpiya güləş mərkəzində “Narkotiksiz dünya naminə” adlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, Dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının Azərbaycan nümayəndəliyi Cavid Allahverdiyev, olimpsport.az saytının rəhbəri Ramin Allahverdi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev çıxış edərək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolunu qeyd edib.

Tədbirdə həmçinin “Olimpiya dünyası” qəzetinin 20 illiyi münasibətilə kollektivə uğurlar arzulanıb.Olimpiya Güləş Mərkəzində keçirilən tədbir çərçivəsində 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və-3 qat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün “Master Class” təlimi keçib. Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq QuliyevElşad Allahverdiyevin də iştirak etdiyi hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish