- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 155
- Dekabr 18, 2024
- 0
İyunun 7-sində Milli gimnastika arenasında gənclər və idman naziri Fərid Qayıbovun olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, keçirilən görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.
Sonra o, federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, “Goal+” layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin, 3-cü Avropa oyunlarına və 31-ci Ümumdünya yay universiadasına hazırlıq məsələləri, ölkəmizdə keçiriləcək atıcılıq idman növü üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.