“Olimpiya mədəniyyəti və təhsil proqramı”nda maraqlı anlar

“Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Azərbaycan və Slovakiya mədəniyyət festivalı maraqlı anlarla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un yeni seçilən vitse-prezidenti Zemfira Meftəhəddinova, icraiyyə komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva ilk növbədə Y.Kovalyov adına 229 saylı məktəbin şəhid məzunlarına həsr edilən xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar.

Şəhidlərin əziz xatirəsinin anılmasından sonra OCEP çərçivəsində reallaşdırılan festivala start verilib. MOK rəhbərliyinin hesabat-seçki Baş Məclisinin iclasından sonra qatıldığı ilk tədbirin qəhrəmanlarının uşaqlar olması təsadüfi deyil. Bu, MOK-un olimpiya fəlsəfəsini uşaq və yeniyetmələr arasında təbliğinə əhəmiyyət verməsinin göstəricisidir.

Qonaqları Azərbaycan və slovak dillərində salamlayan şagirdlər təbrik sözlərindən sonra 31 dekabr – təqvim ili və dünya Azərbaycanlılarının həmrəylik gününə festivalın bədii hissəsi başlayıb. Məktəblilər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.

Həmin kateqoriyadan