- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Beynəlxalq olimpiya komitəsinin Tokioda 138-ci sessiyasında oyunlarının rəsmi şüarı dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, yeni deviz sessiya iştirakçıları tərəfindən yekdil şəkildə qəbul edilib.
Bundan sonra olimpiya oyunlarının rəsmi devizi “Ən sürətli, ən yüksəyə, ən güclü – birlikdə!” (latın dilində: “Citius, altius, fortius — communis!”) kimi səslənəcək.
Öncələr rəsmi şüar “Ən sürətli, ən yüksəyə, ən güclü!” kimi səslənirdi. Oyunların yeni devizinin müəllifi isə BOK-un prezidenti Tomas Baxdır. O bu təklifin qəbul olunmasını əlamətdar hadisə adlandırıb.
Tokio-2020 yay olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.