- Baxış sayı: 182
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 182
- Dekabr 05, 2025
- 0

Bu gün “Qarabağ” çempionlar liqasının 1-ci ələməsinin ilk matçında Lüblyanada “Olimpiya”nın qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, görüş (22:00) DÇ-2018-in yarımfinalı ilə üst-üstə düşdüyündən, Sloveniya telekanalları oyunu yayımlamağa maraq göstərməyiblər.
Ağdam klubu azarkeşlərin bu qarşılaşmanı izləməsi üçün oyunun internet yayım hüququnu alıb və qarşılaşma “dailymotion” video şəbəkəsindən canlı yayımlanacaq. Qarşılaşmanı bu link vasitəsiylə canlı izləyə bilərsiniz. Canlı yayım 21:50-dən etibarən başlayacaq.
https://www.dailymotion.com/video/x6o9qc5