- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Tokio-2020 yay olimpiya oyunlarının başlamasına 10 gün qalma münasibəti ilə tədbir oldu. Allsport.az saytı xəbər verir ki, yığıncaqda çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idmançıların hazırlıq səviyyəsinin yüksək nəticələr göstərməyə imkan verdiyini söylədi:
“Dövlətimiz olimpiyaçılar üçün lazımi şəraitin yaradıb. Bu gün ucqar bölgələrimizdə belə, olimpiya kompleksləri var, onlar yeniyetmə və gənclərin ixtiyarındadır. İdmançılarımızın Tokio-2020-də də etimadı doğruldacaqlarına inanıram. Qoy, olimpiyaçılarımız Vətənə alnıaçıq, üzüağ qayıtsınlar”.