- Baxış sayı: 51
- 22 Dekabr 2024 21:44
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokuna yekun vurulub.
Allsport.az xəbər verir ki, GİN-nin voleybol mərkəzində keçirilən kişilərin finalında “Xilasedici” klubu “Azərreyl”i 3:0, qadınların finalında isə “Abşeron” klubu “Gəncə”ni 3:0 hesabları ilə məğlub edərək kubokun qalibi olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Çıxış edən AVF-nin prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Ölkə kubokunun ən dəyərli (MVP) voleybolçularına mükafatlar təqdim olunub. “Xilasedici” klubunun diaqonal oyunçusu Reyes Rodrigez kişilər arasında, “Abşeron” klubunun diaqonal oyunçusu Katerina Jidkova isə qadın voleybolçular arasında ölkə kubokunun ən dəyərli oyunçuları seçiliblər. Mükafatları AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və deputat Müşfiq Cəfərov təqdim ediblər.
Daha sonra qaliblərə kubok və medallar verilib. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, AVF-nin idarə heyətinin üzvü İlqar Nuriyev, FHN-nin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin rəisi Cəbrayıl Xanlarov və “AzerGold” qapalı səhmdar cəmiyyətinin (QSC) idarə heyətinin sədri Zakir İbrahimov təqdim ediblər.
Beləliklə, qadınların ölkə kubokunun qalibi olan “Abşeron” klubuna qızıl medal və kubok, “Gəncə” komandasına gümüş medallar təqdim edilib.
Kişilərin yarışının qalibi olan “Xilasedici” klubuna qızıl medal və kubok, “Azərreyl”ə gümüş medallar verilib.