- Baxış sayı: 50
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq avtomobil federasiyasının prezidenti Məhəmməd ben Sulayemi qəbul edib.
llsport.az saytı xəbər verir ki, o, ötən ilin dekabrında BAF-ın baş assambleyasının və federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qonaq Azərbaycan avtomobil federasiyası və klublar ilə sıx əlaqələrin mövcud olduğunu deyərək, əməkdaşlığın genişləndiyini vurğuladı.
Məhəmməd Ben Sulayem COP çərçivəsində BAF-ın nəqliyyat sahəsində fəaliyyətə dəstək verəcəyini və bununla bağlı federasiyanın mütəxəssislərinin ölkəmizlə əməkdaşlıq edəcəklərini bildirdi.
Dövlətimizin başçısı BAF-ın prezidentini COP-29-a dəvət etdi.