“Mərihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm”

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Allsport.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Dəmiralı təbrik edirəm. Mərihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderland ilə oyunda qələbə arzu edirəm!
Yaşasın Türk dünyası!”

Həmin kateqoriyadan