- Baxış sayı: 32
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz heç-heçə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, əlamətdar hadisə 19-cu turda “Qəbələ” – “Zirə” görüşündə təsadüf edib. 1992-ci ildən keçirilən yarışda bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.
Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” – 89, “Keşlə” – 70, “Bakı” – 62, “Şüvəlan” – 54, “Turan” – 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.
Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.