- Baxış sayı: 33
- 20 Aprel 2025 16:50
- Baxış sayı: 68
- Aprel 20, 2025
- 0
Respublika olimpiya mərkəzində atletika üzrə 37-ci qış çempionatı keçirilib. Allsport.az xəbər verir ki, yarışların 2-ci günündə kişilər arasında üçtəkanla tullanmada Rüstəm Məmmədov, uzunluğa tullanmada Yadulla İbrahimov və hündürlüyə tullanmada Aydın Bədəlov qalib olublar. Qadınlar arasında isə uzunluğa tullanmada Yelena Pextireva, hündürlüyə tullanmada isə İlona Salyamova hamını qabaqlayıblar.
Rahib Məmmədov (60 m, sədlərlə qaçış), Teymur Salahzadə (200 m), İlham Abışov (800 m) və Əmrah Nağıyev (3000 m) 1-ci olublar. Qadınların yarışında isə Lamiyə Vəliyeva (200 m) və Anna Yusupova (3000 m) qalib adını qazanıblar.