- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan çempionatları tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, braziliyalı legionçu 26 illik tarixdə 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu Topaz premyer liqasının 6-cı turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.
Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 1203-ə çatıb.
Qeyd edək ki, Darionun matçdakı ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top, həm də 12000-ci olub.