- Baxış sayı: 29
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 2018/19 mövsümünün “Sumqayıt” və “Neftçi” arasında açılış oyunu əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ı ilk tura çıxaran Roberto Bordin işinə uğurla başlayıb.
İtaliyalı mütəxəssisin komandası şətri səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib. O, klublarımızı meydana çıxaran 54-cü əcnəbi çalışdırıcı olub. Bunadək 53 legioner baş məşqçi və ya baş məşqçi əvəzi bu funksiyanı yerinə yetirib.
Bayraqdarın baş məşqçisi çempionatlar tarixinə 2-ci italiyalı kimi düşüb. Onadək “Xəzər Lənkəran”a müvəqqəti rəhbərlik edən Covanni Melkiorre 1 matçda komandanı meydana çıxarıb.
Bordin “Neftçi”nin tarixinə ölkə çempionatında 4-cü əcnəbi baş məşqçi kimi düşüb. Ona qədər çex Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans Yurgen Gede “ağ-qaralar”a rəhbərlik edib.
Qeyd edək ki, “Sumqayıt”la oyun “Neftçi”nin elitada yubiley – 750-ci matçı kimi əlamətdar olub.