- Baxış sayı: 18
- 21 Noyabr 2024 14:56
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan çempionatının I liqasında oynamaq uğrunda pley-offun iştirakçıları bəlli olub.
Allsport.az xəbər verir ki, bu matçda “Difai Ağsu” ilə “Cəbrayıl” üz-üzə gələcək.
I liqada mövsümün sonuna bir tur qalsa da, Ağsu təmsilçisi 9-cu yeri rəsmiləşdirib. “Difai Ağsu” liqada yerini qorumaq üçün pley-offda oynamalı olacaq.
II liqada gümüş mükafatçı son turda bəlli olub. “Füzuli”yə 2:1 hesabı ilə qalib gələn “Cəbrayıl” ikinci yeri tutub. Bu, komandaya pley-offa vəsiqə verib.
“Difai Ağsu” ilə “Cəbrayıl” arasında ilk oyun mayın 28-də keçiriləcək. Cavab qarşılaşması iyunun 4-də baş tutacaq.
Qeyd edək ki, II liqanın çempionu “Baku Sportinq” I liqaya birbaşa vəsiqə qazanıb. Bakılılar burada sonuncu olan “Araz Saatlı”nı əvəz etməlidir. Paytaxt təmsilçisinin qızıl qazandığı II Liqada gümüşü “Cəbrayıl, bürüncü “Şahdağ Qusar” əldə edib.