- Baxış sayı: 33
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Sumqayıt” premyer liqa tarixi ərzində ən çox xalı toplayıb. Allsport.az saytı xəbər verir ki, Samir Abbasovun komandası geridə qalan mövsümü 57 xalla başa vurub. “Kimyaçılar” 15 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlub olublar.
“Göy-ağlar” bundan öncə də ən çox xalı bu məşqçinin dönəmində toplayıb: 2017-2018-ci illər mövsümündə 40 xal. Həmin mövsümdə Azərbaycan çempionatında 8 klub mübarizə aparıb və ümumilikdə 28 tur oynanılıb.