- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, yubiley 4-cü tura təsadüf edib. “Sumqayıt” səfərdə “Araz-Naxçıvan”la 1:1 edib. Bu görüşdə Rövlan Muradov komandasının ölkə çempionatlarında 350-ci qolunun müəllifi olub.
Bu top 367-ci matça təsadüf edib. “Kimyaçılar”ın orta məhsuldarlığı 0,95-dir. 350 qoldan 181-i evdə, 169-u səfərdə vurulub.
“Sumqayıt” ilk qolunu 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında rəqib qapısından keçirib. 1:2 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisinin heyətində Eşqin Quliyev fərqlənib.