- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Rahid Əmirquliyevin yubileyi 18-ci turda “Qarabağ”la görüşdə təsadüf edib. Allsport.az saytı xəbər verir ki, “Səbail”in kapitanı bu matçda 0:3 yenilgiyə üzülüb.
Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu, 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçında (1:0) meydana çıxıb.
450 oyunda 34 qol vuran 33 yaşlı yarımmüdafiəçi, 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə fürsət qazanıb.