- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi”nin daha 3 futbolçusu premyer liqanın bu mövsümündə qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, 20-ci turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar”ın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib. Bununla da Bakı klubunun heyətində çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. “Neftçi” 2008/09 mövsümündə “İnter”in (indiki “Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşamışdı.
Bayraqdarın əvvəlki rekordu 16-ya bərabər idi. 2008/09 və 2013/14 mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. “Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.