- Baxış sayı: 28
- 30 Mart 2026 14:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev infarkt keçirib. Allsport.az saytı xəbər verir ki, o, Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunub.
Təcrübəli məşqçinin durumu ağırdır. Mütəxəssis AFFA məşqçilər komitəsinin üzvüdür. Böyükağa Hacıyev Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı çalışdırıcıdır.