- Baxış sayı: 19
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 800
- Mart 30, 2026
- 0

Millimizin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxıb. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”da oynayarkən, keçmiş komanda yoldaşları Serxio Enrik və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur. O, buna görə ifadə verir.
San-Sebastyandakı 3 saylı cinayət məhkəməsi hazırda davam edir və adı çəkilən şəxslər dindirilir. İsrafilovun günahı sübuta yetirilərsə, 1 ildən 3 ilədək azadlıqdan məhrum oluna bilər.
Eddi 2015-ci ildən yığmamızın şərəfini qoruyur. Onun AFFA baş katibi Elxan Məmmədov vasitəsi ilə Azərbaycana 1 milyon dollara başa gəlindiyi söylənilir.