- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Əsas hədəfimiz qələbə qazanmaq idi. Üç xal əldə etdiyimiz üçün sevinirik. Qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik”. Allsport.az xəbər verir ki, bu cümlələr “Kəpəz”in futbolçusu Budaq Nəsirova məxsusdur.
Şərəfini qoruduğu klubun rəsmi internet saytına danışan gənc yarımmüdafiəçi mövsümün ikinci hissəsinin ilk oyununda qarşılaşdıqları “Qəbələ” ilə matç haqda danışarkən belə deyib. Nəsirov baş məşqçinin tapşırıqlarını yerinə yetirdikləri üçün daha çox sevindiklərini söyləyib: “Əsas olan Şahin Diniyevin tapşırıqları idi. Onları maksimum şəkildə yerinə yetirib qələbə qazanmaq daha xoş oldu”.
Qəbələ təmsilçisi ilə görüşdə meydanda ən yaxşılardan biri olan Nəsirov məhsuldar ötürmə ilə yadda qaldı. Məhz onun topla uzun keçidindən sonra qapı qarşısına verdiyi ötürmə ilə Julien Ebah hesabı açmış oldu: “Əsas olan komandanın qələbə qazanması idi. “Qəbələ” kimi güclü komandanı üç cavabsız qolla məğlub etməyimiz təlim-məşq toplanışında çəkdiyimiz zəhmətin bəhrəsi idi. Möhtəşəm azarkeş dəstəyi də bizə kömək etdi. Düzünü deyim ki, ölkəmizdə Gəncədəki qədər böyük tamaşaçı kütləsi qarşısında heç vaxt oynamamışam, heç görməmişəm də. Belə fanatlarımız olduğu üçün xoşbəxtik. Onların gözü qarşısında qələbə qazanmamaq günah olar”.