- Baxış sayı: 38
- 30 Mart 2026 21:25
- Baxış sayı: 366
- Mart 30, 2026
- 0

“APOEL-lə çempionat oyununu düşünmürük. Hazırda yalnız “Qarabağ”la matça köklənmişik”.
Allsport.az xəbər verir ki, bunu “Omoniya” rəsmisi Andreas Dimitriu deyib.
Kipr klubunun nümayəndəsi konfrans liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. O, səfər görüşündə xal qazanmaq istədiklərini söyləyib: “Bakıda “Qarabağ”a qarşı özümüzü yaxşı təqdim etmək istəyirik. “Qarabağ” güclü komandadır. Ancaq avrokuboklardakı oyunlarımızla göstərdik ki, rəqabətə davamlı ola bilərik. Növbəti mərhələyə şansımız olmasa da, UEFA əmsalını artırmaq üçün meydana çıxacağıq”.
Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.