“Ona ən yaxşısını arzulayıram”

PSJ-nin prezidenti Nasser Əl Helaifi hücumçu Kilian Mbappeyə yeni komandasında uğurlar arzulayıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “RMC Sport”a açıqlama verib:

“Ona ən yaxşısını arzulayıram. O, yeddi il ərzində bizim üçün müstəsna işlər gördü. Onunla müqavilə bağlayanda onun 18 yaşı var idi. İndi o, böyük oğlandır, dünyanın ən yaxşı oyunçusudur.

Onun klub üçün etdikləri ilə fəxr edirəm. Və heç vaxt bilmirsən, bəlkə bir gün o, Fransaya qayıdacaq. Mən onun ambisiyalarını bilirəm. O, dəyişmək, yeni təcrübə qazanmaq üçün başqa çempionata getmək istəyirdi və onun buna haqqı var”.

Həmin kateqoriyadan