“Ona qarşı oynamaq böyük şərəfdir”

“Real Madrid”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2024-ün 1/4 finalında baş tutacaqları qarşılaşma öncəsi Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu haqda danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “RMC sport”a açıqlama verib:

“Ona qarşı oynamaq böyük şərəfdir, hər kəs bu oyunçuya nə qədər heyran olduğumu bilir. Biz hələ də əlaqə saxlayırıq. O, futbol əfsanəsi olaraq qalacaq, amma sabah qalib gələcəyimizə ümid edirik.
Ronaldonun tərcümeyi-halı öz sözünü deyir. ona hörmət edirəm. O, unikaldır, təkdir. Amma mən öz yolumla getmək istəyirəm. Ümid edirəm ki, “Real Madrid”də böyük səhifə yazacam, amma fərqli olacaq”.

Həmin kateqoriyadan