- Baxış sayı: 33
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onananı transfer edib.
Allsport.az xəbər verir ki, tərəflər arasında müqavilə daha bir mövsüm uzadılmaq imkanı ilə 5 il müddətinə nəzərdə tutulub.
Transfer məbləğinin 50 milyon avro olacağı bildirilib.
27 yaşlı Onana futbolçu karyerasına vətənində Kamerunda başlayıb, 2010-cu ildə isə “Barselona”ya keçib. 2015-ci ildə “Ayaks”a keçib, 2022-ci ilin yayında isə “İnter”lə müqavilə imzalayıb.