- Baxış sayı: 26
- 29 Mart 2026 12:01
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“İnter”in qapıçısı Andre Onan karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
Allsport.az xəbər verir ki, klublar transfer müqaviləsini bağlayıb. Tezliklə futbolçu tibbi müayinədən keçəcək.
Onanın “qırmızı şeytanlar” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər davam edəcək. İngiltərə klubunun futbolçu üçün 50 milyon avro ödəyəcəyi gözlənilir.
27 yaşlı qapıçı karyerasına vətənində Kamerunda başlayıb, 2010-cu ildə isə “Barselona”ya keçib. 2015-ci ildə “Ayaks” la, 2022-ci ilin yayında isə “İnter”lə müqavilə imzalayıb.