- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Milan” klubu hücumçu Olivye Jiru ilə lağ edib. Allsport.az saytı xəbər verir ki, “rossonerilər” forvardın profilini saytdakı qapıçılar bölməsinə köçürüb.
O, “A” seriyasının 8-ci turunun “Cenoa” ilə oyununda (1:0) əsas vaxtın 9-cu dəqiqəsində Mayk Maynanın qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra, qapıda dayanmaq məcburiyyətində qalıb. Hücumçu seyv edə bilib, bunun sayəsində 104-cü dəqiqədə komandasını qoldan xilas edib.
Fransa millisi oktyabrda keçiriləcək oyunların heyətini açıqlayarkən, Jirunu da qapıçılar siyahısına salmaqla, onu məsxərəyə qoyub.