- Baxış sayı: 10
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

22 apreldə “Sabah” premyer liqanın 31-ci turunda səfərdə “Turan Tovuz”a 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu dedi:
“Çətin səfər idi. “Turan Tovuz” fərqli oyun göstərir, münasibət rəqib deyil. Bu üzdən səfərdən qələbə ilə dönməyimiz sevindiricidir.
Hakimlər ilk hissədə yersiz çox fit çaldılar. 2-ci hissədə durum düzəldi və o sərt oyuna imkan yaratdı. Nə qədər az hakim oyunu dayandırsa, bir o qədər yaxşıdır. Neçə ki bunu Avropada görürük.
Rəqiblərin nəticəsi bizə maraqlı deyil. Növbəti, “Şamaxı” ilə oyunu düşünürük. Lap sonda xallar bəlli olacaq. Onda bilinəcək ki, biz “Qarabağ” çatacağıq, ya yox”.