- Baxış sayı: 97
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

“Milan”ın yarımmüdafiəçisi Kristofer Nkunku komanda yoldaşı, 40 yaşlı xorvatiyalı Luka Modriç haqqında heyranlığını gizlətməyib.
Allsport.az xəbər verir ki, fransalı futbolçu Modriçin unikal texnikasını və uzunömürlülüyünü xüsusi qeyd edib:
“Luka möhtəşəmdir və unikaldır. O, ayağının kənarı ilə inanılmaz ötürmələr edir. Mən bunu təkrar etməyə çalışsam, yəqin ki, budum burxular. Onun 40 yaşı olduğuna inanmaq çətindir. Belə formada o, 45, hətta 46 yaşına qədər oynaya bilər”.