Onunla 3 klub maraqlanır

Moskva “Lokomotiv”inin hücumçusu İsidor Vilson karyerasını Yunanıstan, Serbiya və Türkiyədə davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, bu üç Avropa ölkəsində transfer pəncərəsi hələ də açıqdır.

“Dəmiryolçular” Afinanın “Olimpiakos”u və Belqradın “Srvena Zvezda” klubları ilə fransalının keçidi ilə bağlı danışıqlar aparırlar. Həmçinin onun Türkiyə klublarından biri maraqlanır.

27 yaşlı futbolçu icazəsisiz Rusiyanı tərk edib və “Lokomotiv”ə qayıtmayacağını bildirib. İzidorun müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. Transfermarkt hücumçunun dəyərini 6 milyon avro qiymətləndirir.

Həmin kateqoriyadan